AZ

Qadın dünyaya sərxoş körpə gətirdi

ain.az, 525.az portalına istinadən məlumat verir.

38 yaşlı qadın dünyaya qanında alkaqol olan körpə gətirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Polşanın Tomaşov-Lyubelski şəhərində baş verib.

36 həftəlik hamilə olan qadın xəstəxanaya yerləşdirilərkən məlum olub ki, o, xeyli spirtli içki qəbul edib. Bunun bətndəki körpə üçün təhlükəli olduğunu nəzərə alan həkimlər qeysəriyyə əməliyyatı ilə uşağı azad ediblər. Körpənin qanı yoxlanılarkən, onda da alkoqolun səviyyəsinin yüksək olduğu üzə çıxıb. Hər halda həkimlər uşağın səhhətini normallaşdıra biliblər. Hazırda körpənin vəziyyəti normaldır.

Qeyd edək ki, bu hadisə ilə bağlı polis araşdırmaya başlayıb. Günahı sübut olunacağı təqdirdə ananı 5 ilə kimi həbs cəzası gözləyir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
525.az

1Mənbələr