AZ

Bu paylaşımı ilə Şeyma Subaşına söz atdı - FOTO

Türkiyəli aktrisa Bahar Şahin narkotik istintaqı çərçivəsində saxlanılan və test nəticələri müsbət çıxan sosial media fenomeni Şeyma Subaşını hədəf alıb.

Ölkə.az xəbər verir ki, uzun müddətdir gündəmdən uzaq qalan aktrisa Ş. Subaşının qalmaqallı açıqlamalarını ironik paylaşımla lağa qoyub.

B. Şahin hicablı fotosunu paylaşaraq, fenomenin sözlərinə istinadən “Səmimi bir tövbə prosesindən keçirəm” başlığını yazıb.

Xatırladaq ki, İstanbulda məşhurlara qarşı keçirilən narkotik əməliyyatında saxlanılan Şeyma Subaşının analizlərində kokain və ketamin aşkar edilib. O, məhkəmə nəzarəti şərti ilə sərbəst buraxıldıqdan sonra verdiyi açıqlamada “Səmimi bir tövbə mərhələsindəyəm” ifadələrini işlətmişdi.(qafqazinfo)

Seçilən
60
1
olke.az

2Mənbələr