“Mançester Yunayted”in futbolçuları komandanın kapitanı Bruno Fernandeşin “Old Trafford”dakı səbrinin tükənə biləcəyindən və onun bu yay klubu tərk edə biləcəyindən narahatdır.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi daha əvvəl “Əl-Hilal”dan gələn 100 milyon funt sterlinqlik təklifi rədd etmişdi.

Həmin vaxt portuqaliyalı futbolçu keçmiş baş məşqçi Ruben Amorimin onu qalmağa razı salmasından sonra qərarını dəyişmişdi.

Bruno Fernandeş isə gələcəyi ilə bağlı yekun qərarını 2026-cı il FIFA Dünya Çempionatından sonra verəcəyini bildirib.