AZ

Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı

Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, buna səbəb Londonda keçirilən etiraz aksiyaları zamanı İran səfirliyinin binası üzərində dalğalanan bayrağın dəyişdirilməsi, həmçinin Britaniya XİN-in İrandakı hadisələrlə bağlı yaydığı bəyanat olub. Bildirilib ki, hadisələrlə bağlı İslam Respublikasının etirazları səfirə çatdırılıb.

Xatırladaq ki, yanvarın 10-da İrandakı aksiyalara dəstək məqsədilə Londonda keçirilən nümayişdə səfirlik üzərindəki İran bayrağı etirazçılar tərəfindən inqilabdan əvvəlki bayraqla dəyişdirilib. Daha sonra bu aktı həyata keçirənlərdən ikisi saxlanılıb.

Milli.Az 

Seçilən
63
6
milli.az

8Mənbələr