AZ

Rusiyanın neft gəlirləri son üç ilin ən aşağı səviyyəsinə düşüb

Rusiyanın neft ixracından əldə edilən gəlir son üç ilin ən aşağı səviyyəsinə düşüb.

AzPost bildirir ki, Bloomberg-in məlumatına görə, 4 yanvarda başa çatan həftənin nəticələrinə görə, Rusiyanın dörd həftəlik neft ixracından əldə edilən gəlir həftədə 959 milyon dollara düşüb ki, bu da son üç ilin ən aşağı göstəricisidir.

Oktyabrın əvvəli ilə müqayisədə Rusiyanın neft gəlirləri 35% və ya həftədə təxminən 500 milyon dollar, dekabrın əvvəli ilə müqayisədə isə 15% və ya həftədə təxminən 200 milyon dollar azalıb.

AzPost.az

Seçilən
32
azpost.info

1Mənbələr