AZ

Afrika Millətlər Kubokunda yarımfinalçılar müəyyənləşdi

Afrika Millətlər Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu gün 1/4 finalın sonuncu oyunları keçirilib.

Əlcəzair yığması ilə qarşılaşan Nigeriya inamlı qələbəyə sevinib – 2:0. Misir millisi isə Kot-d’İvuardan güclü olub – 3:2.

Daha öncə Seneqal və Mərakeş yığmaları da yarımfinala yüksəlmişdilər. Beləliklə, finala vəsiqə uğrunda Nigeriya meydan sahibi olan Mərakeşlə üz-üzə gələcək. Misir isə Seneqalla qarşılaşacaq.

Yarımfinal görüşləri yanvarın 14-də keçiriləcək.

Seçilən
52
sportinfo.az

1Mənbələr