Kipr hakimiyyəti yanvarın 7-də ölkədə izsiz yoxa çıxan "Uralkali" ASC-nin keçmiş baş direktoru Vladislav Baumgertneri axtarır.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nəşr qeyd edib ki, Baumgertner Limasoldakı yaşayış yerindən yoxa çıxıb.
Yerli medianın məlumatına görə, iş adamını axtarmaq üçün mülki müdafiə bölmələri, helikopter və dronlar cəlb edilib. İtkin düşən kişidən gələn son mobil siqnal Pissouri kəndi yaxınlığında qeydə alınıb. Ərazi mühasirəyə alınıb.