AZ

Kiprdə “Uralqali”nin sabiq baş direktoru itkin düşdü

“Uralqali” şirkətinin keçmiş baş direktoru Vladislav Baumgertner Kiprdə itkin düşüb. Bu barədə yerli polis məlumat yayıb.

KONKRET.az xəbər verir ki, hazırda biznesmenin tapılması üçün axtarış əməliyyatına başlanılıb. Kipr Cinayət Axtarış İdarəsinin açıqlamasında deyilir ki, 56 yaşlı Rusiya vətəndaşı Vladislav Baumgertner 7 yanvar 2026-cı il tarixindən etibarən Limassoldakı yaşayış yerində olmayıb və onun harada olduğu məlum deyil. Polis Baumgertnerin tapılmasına kömək edə biləcək hər hansı məlumatı olan şəxsləri hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.

Qeyd edək ki, Vladislav Baumgertner 2005–2010 və 2011–2013-cü illərdə “Uralqali”nin baş direktoru vəzifəsində çalışıb. O, 2013-cü ilin avqustunda səlahiyyətlərindən sui-istifadə ittihamı ilə Belarusda həbs edilib və bu ölkədə saxlanılan ən yüksək vəzifəli rusiyalı top-menecer kimi tarixə düşüb. 2013-cü ilin noyabrında Baumgertner Rusiyaya təhvil verilib və azadlığa buraxılıb.

Onun itkin düşməsi ilə bağlı araşdırmalar davam edir, hadisənin təfərrüatları açıqlanmır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
35
2
konkret.az

3Mənbələr