AZ

Səhər acqarına içilən bu içki orqanizmdə gözlənilməz dəyişikliklər yaradır

 

Son illər səhərlər acqarına kefir içməyin faydaları ilə bağlı müzakirələr artıb.

“Yeni Sabah” xəbər verir ki, dietoloqlar qənaətinə görə, kefir tərkibindəki probiotiklər sayəsində həzm sisteminin fəaliyyətini erkən saatlardan aktivləşdirir və bağırsaq mikroflorasının bərpasına kömək edir. Acqarına qəbul edildikdə faydalı bakteriyalar digər qidalarla “rəqabətə girmədən” birbaşa bağırsaqlara çatır ki, bu da onların təsirini gücləndirir. Mütəxəssislərin fikrincə, bu vərdiş şişkinliyin azalmasına, maddələr mübadiləsinin sürətlənməsinə və immun sisteminin möhkəmlənməsinə müsbət təsir göstərə bilər.

Moskvalı dietoloq, tibb elmləri namizədi Yelena Solomatina rus mediasına verdiyi açıqlamalarda səhər acqarına kefir içməyin xüsusilə bağırsaq problemləri yaşayan insanlar üçün faydalı olduğunu qeyd edib. Onun sözlərinə görə, kefirdə olan süd turşusu bakteriyaları gecə ərzində yavaşlayan həzm sistemini oyadır, qida maddələrinin mənimsənilməsini yaxşılaşdırır və orqanizmdən toksinlərin xaric olunmasına kömək edir. Dietoloq bildirir ki, müntəzəm olaraq acqarına kefir içən insanlarda qəbizlik və ağırlıq hissi daha az müşahidə olunur.

Buna baxmayaraq,  kefirin turşuluğu hər kəs üçün uyğun olmaya bilər. Mədə turşuluğu yüksək olan, qastrit və ya reflüksdən əziyyət çəkən şəxslər acqarına kefir qəbul etdikdə narahatlıq hiss edə bilərlər. Bu səbəbdən belə insanlara kefiri ya az miqdarda, ya da yüngül səhər yeməyindən sonra içmək tövsiyə olunur.

Solomatina əlavə edir ki, ən yaxşı seçim otaq temperaturunda, çox turş olmayan təbii kefirdir.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Seçilən
29
yenisabah.az

1Mənbələr