ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun mümkün müdaxiləsinin bir hissəsi olaraq İrana qoşun yeritməyi düşünmür.
Publika.az xəbər verir ki, bu barədə CNN-in Ağ Ev rəsmisinə istinad məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, prezidentə təqdim edilən bir sıra müdaxilə variantları etirazları yatırmaq üçün istifadə edilən Tehranın təhlükəsizlik xidmətlərini hədəf almağa yönəlmişdi.
Ağ Ev rəsmiləri bildiriblər ki, İrana endiriləcək hərbi zərbələrin arzuolunmaz nəticələr doğurmaq və etirazları zəiflətmək riski mövcuddur. Rəsmi şəxslər qeyd ediblər ki, narahatlıq əsasən onun ilə bağlıdır ki, etiraz aksiyaları İran xalqını hökumətin ətrafında birləşdirə bilər və ya ölkəni öz hərbi gücündən istifadə etməyə məcbur edə bilər.