AZ

Azərbaycan qızılın bahalaşmasından maksimum faydalanan ölkələrdən birinə çevrildiVİDEO

Qlobal geosiyasi risklər əvvəlcədən düzgün qiymətləndirilib və məhz buna görə qızıl ehtiyatlarının artırılması ilə bağlı strateji qərar qəbul edilib. Bu qərarla nəticədə ölkə ciddi maliyə gəliri əldə edib.

Bunu Prezident İlham Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Prezident vurğulayıb ki, qızıl dünya bazarında dəyişkən aktivdir və ehtiyatların həcmi gündəlik olaraq qiymətlərdən asılı şəkildə dəyişə bilər. Buna baxmayaraq, hazırda Azərbaycanın strateji ehtiyatları 83-84 milyard dollar səviyyəsindədir və bu göstərici adambaşına düşən ehtiyatlara görə dünyanın ən yüksək göstəricilərindən biridir.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bu nəticə Neft Fondunun uzunmüddətli və balanslaşdırılmış investisiya siyasətinin birbaşa nəticəsidir.

Mütəxəssislər bildirir ki, qızılın dünya bazarında bahalaşması fonunda formalaşan bu maliyyə siyasəti Azərbaycanın həm iqtisadi dayanıqlığını artırıb, həm də beynəlxalq reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirilib. Bu isə dövlətin və dövlət şirkətlərinin gələcəkdə daha əlverişli şərtlərlə maliyyə resurslarına çıxış imkanlarını genişləndirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
16
xezerxeber.az

1Mənbələr