AZ

"Atletiko Madrid" və "Vilyarreal" Bellinqhem üçün hərəkətə keçdi

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cob Bellinqhem Madrid “Atletiko”sunun və “Vilyarreal”ın maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, hər iki klub futbolçunun transfer variantlarını nəzərdən keçirir.  İspaniya klubları artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Daha əvvəl bildirilmişdi ki, Cob Bellinqhem “Borussiya”dan ayrılmaq niyyətindədir. Futbolçu aldığı oyun vaxtının azlığından narazıdır və bu amil onun karyerasını başqa klubda davam etdirməsinə səbəb ola bilər. Yarımmüdafiəçi ötən ilin yayında Dortmund təmsilçisinə qoşulsa da, əsas heyətdə möhkəmlənə bilməyib.

Cari mövsümdə Cob Bellinqhem bütün turnirlər üzrə 23 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 25 milyon avro təşkil edir.

Seçilən
15
90deqiqe.az

1Mənbələr