BAKI, 11 yanvar. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Livanın cənubunda, Sayda şəhərindən 8 km məsafədə yerləşən Kfar-Xatta kəndində "Hizbullah" təşkilatına aid hərbi obyektləri bombalayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Al Jadeed" kanalı məlumat yayıb.
Bildirilir ki, təyyarələr yaşayış kompleksinə beşdən çox zərbə endirib. Əvvəlcədən verilmiş xəbərdarlıq sayəsində sakinlər evlərini tərk etmişdi.