AZ

İlkin Fikrətoğlu - “Ölü dirildən” azərbaycanlı məşqçi: VİDEO

“Kəpəz”in dərdi “Neftçi” kimi sağalmır. Kluba yeni sponsor da gəldi, vəziyyət düzəlmədi. əksinə, daha da pisləşdi. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin keçmiş rəhbəri Adil Vəliyev müxtəlif ölkələrdə biznesi olan iş adamıdır. Nəhəng biznesi idarə edən bu şəxsin “Kəpəz”in sponsoru olması xəbəri gəncəli azarkeşlıri sevindirdi ki, nəhayət, klub cətinliklərdən qurtulacaq. Amma idarəetməni güvəndiyi şəxslərə etibar edən Adil Vəliyevin inamı doğrulmadı. Onunla birgə vaxtilə SOCAR-da çalışmış, hazırda İsveçrədə biznesi olan Namiq Qədirov mayda seçildiyi İdarə Heytinin sədri postunu cəmi 2 ay sonra müəmmalı şəkildə tərk etdi. Bununla da “Kəpəz”in büdcəsi 1 miyon manat azaldı. Sonra Adil Vəliyevin yaxın qohumu - futbol meneceri Erkin İbrahimov idman işləri üzrə müaşvir postundan getdi.
Son illər “Kəpəz”i ölüm-zülüm saxlayıb, dağılmağa qoymayan İlqar Nadiri də qalmağın mənasız olduğunu görüb, buranı tərk etdi. Belədə Adil Vəiyev özü İdarə Heyətinin sədri postuna gəldi.
Amma belə sədrlik olmur. Adil Vəliyev indiyədək "Kəpəz"in texniki heyəti ilə bir dəfə də görüşməyib. Onu Gəncədə görən olmayıb.
Ötən mövsüm klubu liqada saxlayan Azər Bağırovu mayda istefaya göndərmək yeni rəhbərliyin ən böyük səhvi idi. Bunun cəzasını da necə lazımdırsa, cəkirlər. Keçənilki kimi yenə mövsümün ilk baş məşqçi istefası “Kəpəz”də oldu. Adil Şükürovu artıq sentyabrın 21-də ardıcıl 5-ci məğlubiyyətdən sonra vəzifədən göndərdilər. Və “Kəpəz”də ikinci Azıər Bağırov dönəmi başladı. İndiyədək gördüyü işlə “ölü dürildən məşqçi” imicini tam doğruldan Bağırov “Kəpəz”i növəbti dəfə xilas etməyə çalışır. Artıq “Kəpəz”in 9 xalı var və sonuncu yerdən çıxıb. Çempionatda heç-heçəsi olmayan yeganə komandanı qarşıda hələ daha ağır 17 tur gözləyir. Görək, qış fasiləsindən necə yararalanacaqlar.
Artıq 2 faydasız leginoner - polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Perdo Qomeşlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Amma faydasız legioner sayı 1-2-dir, bəyəm? Gərək əksəriyyətini yola salasan, o da mümkün deyil. Fikrimcə, Kəpəz bu mövsüm də liqada yerini qoruya bilcək. Açılışı olub, ancaq hələ tam hazır olmayan Gəncə stadionu da yəqin ki, qarşıdakı aylarda “Kəpəz”in ixtiyarına verilər. Hər halda ora stadiondur və “Kəpəz” üçün tikilib, muzey deyil.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
16
sportinfo.az

1Mənbələr