50-dən çox yaşı olan park baxımsız vəziyyətdədir.
Qurumuş ağaclar, sıradan çıxmış fəvvarə sistemi, köhnə atraksiyon
Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyirlər ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki, uşaq parkı adlanan bu park bir birvaxtlar qəsəbənin ən gözəl istirahət guşələrindən olub.
Ərazidə yaşayan sakinlər istirahət üçün digər parklara üz tutur
Nəzarətsizlik səbəbindən ərazidə evsiz şəxslər gecələyir, park isə məişət tullantıları ilə doludur. Nəticədə, kəskin qoxu ətrafa yayılır və bu vəziyyət sakinlər üçün həm antisanitar, həm də təhlükə yaradır.
Məsələ ilə bağlı Suraxanı rayon icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etsək də cavab alla bilmədik. Ərazi üzrə bələdiyyənin rəsmisi İxtiyar Nəcəfov "Xəzər Xəbər"ə bildirdi ki, ərazidə mütəmadi təmizlik gedir. Parkın yenidən qurulması ilə bağlı işlərin görülməsi nəzərədə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.