AZ

Məşhur müğənni 34 yaşında vəfat etdi

Populyar musiqi janrının ən tanınmış simalarından biri, kolumbiyalı müğənni və bəstəkar Yeison Jimenez gözlənilmədən 34 yaşında dünyasını dəyişib. Bu xəbər həm sənətçinin ailəsi, həm də milyonlarla pərəstişkarı üçün böyük şok yaradıb.

Bizim.Media xəbər verir ki, gənc müğənni vəfat etməzdən əvvəl bəzi sağlamlıq problemləri yaşayıb.
 

O, ürək nahiyəsində hiss etdiyi kəskin ağrılar səbəbindən təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.


İlkin məlumatlara görə, sənətçinin ölümünə ürək çatışmazlığı səbəb olub.

Bizim.Media

Seçilən
112
3
bizim.media

3Mənbələr