AZ

İranı çalxalayan onlardı

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsraili ölkədə iğtişaşların təşkilində günahlandırıb.

Publika.az xəbər verir ki, bu barədə İranın "Əl Mayadeen" qəzeti məlumat yayıb.

"Bəzi terrorçu elementlər ölkə xaricindən sızıblar", - Pezeşkian bildirib. O, vəziyyəti pozmaq üçün xaricdən xüsusi təlim keçmiş təxribatçıların gətirildiyini əlavə edib.

İran lideri iddia edib ki, Vaşinqton və Təl-Əviv etirazları həm daxildən, həm də xaricdən əlaqələndirərək iğtişaşları qızışdırırlar.

O, vətəndaşları iğtişaşçıların cəmiyyəti məhv etməsinin qarşısını almaq üçün yalnız dinc etirazlarda iştirak etməyə çağırıb.

Seçilən
43
publika.az

1Mənbələr