"Yazıçı Anar çox humanist adamdır. Onun yerinə mən olsaydım, 5 ili gözləməzdim. Son 1 il ərzində üzvlük haqqı ödəməyənlərin hamısını Birlikdən xaric edərdim".
Publika.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında yazıçı Seyran Səxavət Xalq yazıçısı Anar Rzayevin üzvlük haqqı ödəməyənlərin Azərbaycan Yazıçılar Birliyindən xaric olunacaqları ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
"Mən AYB-nin üzvüyəm və hər il vaxtında bu haqqı ödəyirəm. Yenə deyirəm, Anar səhv edir, 5 ili gözləmək lazım deyildi. Elə bir il ödəməyənləri avtomatik çıxarmaq lazım idi", - o bildirib.
Yazıçı "Üzvlər niyə üzvlük haqqı ödəmirlər?" sualına belə cavab verib:
"Bu, azərbaycanlı olmaqla əlaqəlidir. Bunun başqa bir cavabı yoxdur. İl ərzində 15 manat nədir ki..."