“Barselona”da gözlənilməz ayrılıq gündəmdədir.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Hansi Flik komandanın kapitanlarından biri olmasına baxmayaraq, Ronald Arauxonun satışına razılıq verməyə hazırdır.
Uruqvaylı mərkəz müdafiəçisi yay transfer dövründə təxminən 40 milyon avro qarşılığında komandadan ayrılmağa icazə ala bilər. Klub daxilində bu addım həm idman, həm də maliyyə baxımından dəyərləndirilir.
Qeyd edək ki, Arauxo son dövrlər psixoloji sağlamlığı ilə bağlı səbəblərə görə bir müddət yaşıl meydanlardan uzaq qalıb. Bu amilin də qərar prosesində rol oynadığı bildirilir.