AZ

18 vaqonlu qatar yola çıxdı! Azərbaycan Ermənistan arasında 979 ton benzin daşındı

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan-Ermənistan arasında neft məhsulları daşınması davam edir.

Sherg.az xəbər verir ki, bu gün paytaxt Bakıdakı Biləcəri stansiyasından 979 ton Aİ-92 markalı benzin yüklü 18 vaqonlu qatar Ermənistana doğru yola çıxıb.

Qeyd olunur ki, bu benzin Gürcüstan üzərindən tranzit keçərək Ermənistana çatdırılacaq.

9 yanvar 2026-cı il tarixində Azərbaycandan Ermənistana 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel olmaqla ümumilikdə 48 vaqonda 2 698 ton yanacaq göndərilmişdi.

Bundan əvvəl, 18 dekabr 2025-ci ildə də Azərbaycan tərəfindən Ermənistana 1 220 ton Aİ-95 markalı benzin göndərilmişdi.

Ermənistanın İqtisadiyyat naziri Papoyan, ötən ayla müqayisədə benzin və dizel qiymətlərində litr başına təxminən 80 dram endirim gözlədiklərini bildirib və digər yanacaq satış şirkətlərinin də qiymətləri azaltmaq istiqamətində addımlarını məmnuniyyətlə qarşıladıqlarını qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
sherg.az

1Mənbələr