AZ

Fermerlər Brüsselin əsas meydanına kartof tökdülər

Belçika fermerləri MERCOSUR bloku ilə ticarət sazişinə qarşı etiraz aksiyası keçirərək Brüsselin mərkəzi və tarixi meydanı olan "Grand Place"ə bir qalaq kartof töküblər.

Aznews.az xəbər verir ki, polis tərəfindən vəziyyətə müdaxilə olunmayıb, sadəcə ictimai asayişin qorunmasına nəzarət edilib.

Kartofun üzərinə "Ədalətsiz rəqabət" və "Avropa həmrəyliyi?" şüarları yazılmış karton plakatlar qoyulub.

Etirazçılardan biri bildirib ki, Cənubi Amerika bloku ilə bağlanacaq saziş ədalətsizdir, çünki Avropa fermerləri sərt tənzimləmə və standartlara tabe olmaq məcburiyyətindədirlər. Halbuki MERCOSUR kənd təsərrüfatı istehsalçıları belə problemlərlə üzləşmirlər, bu da rəqabəti avropalılar üçün qeyri-bərabər, onlar üçün isə əlverişli edəcək.

Aksiya başa çatdıqdan sonra meydana kiçik ekskavator gətirilib və kartofların yığışdırılmasına başlanılıb. Yerli sakinlər də prosesə qoşularaq yaxşı kartofları torba və paketlərinə yığıblar.

Seçilən
39
aznews.az

1Mənbələr