GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi İranla bağlı diqqətçəkən açıqlama verib.
Globalinfo.az xəbər verir ki, səfir bu fikirləri X sosial şəbəkəsindəki paylaşımında səsləndirib.
Onun sözlərinə görə, Tehranda mövcud siyasi hakimiyyətin dəyişməsi İranın dəstəklədiyi silahlı qrupların da zəifləməsi və nəticədə fəaliyyətini dayandırması ilə nəticələnə bilər.
Hakkabi qeyd edib ki, İran xalqı 46 ildən çoxdur davam edən aqressiv və səmərəsiz idarəçilik modelindən imtina edərsə, ölkədə təhsil, incəsənət və musiqiyə əsaslanan fars mədəni irsinin yenidən dirçəlməsi üçün imkan yaranar. Onun fikrincə, belə bir proses eyni zamanda HAMAS, “Hizbullah” və “Husilər” kimi qruplaşmaların da siyasi və hərbi dayaqlarını itirməsinə gətirib çıxara bilər.
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.