“Olimpiakos”un yarımmüdafiəçisi Xristos Muzakitis karyerasını Avropa nəhənglərinin birində davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, Madrid “Real”ı, “Mançester Yunayted”, “Arsenal”, “Benfika”, “Portu” və “Milan” klubları 19 yaşlı futbolçunun transferində maraqlıdır.
Yunanıstan klubu futbolçunun transferi üçün 40 milyon avro tələb edir. “Portu” isə qarşı tərəfə 30 milyon avro məbləğində təklif göndərib və ya icarə variantını gündəmə gətirib. Bildirilir ki, Muzakitis özü də yanvar ayında “Olimpiakos”dan ayrılmaq niyyətindədir.
Cari mövsümdə Xristos Muzakitis bütün turnirlər daxil olmaqla 22 oyunda meydana çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb. Gənc yarımmüdafiəçinin klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 25 milyon avro təşkil edir.