«Kəpəz»də klubdaxili toplantı keçirilib.
Rəhbərlik bsaş məşqçi Azər Bağırovla bir araya gəlib və burada komandanın mövcud durumuna dair geniş müzakirə aparılıb.
Çalışdırıcı düşərgədəki vəziyyət barədə məlumat verib, mövsümün ikinci hissəsi ilə bağlı düşüncələrini dilə gətirib.
O, Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gələ bilmək üçün heyətin bir qədər gücləndirilməsini istəyib, əlavə büdcə ayrılmasını xahiş edib.
Ötən ilin oktyabrında sükan arxasına qayıtmış mütəxəssis qeyd eləyib ki, ona 2-3 yeni oyunçu lazımdır.
Bağırov müdafiəçi, vinger və hücumçu alınmasının vacib olduğunu söyləyib. Rəsmilər isə öz növbəsində bu istiqamətdə əllərindən gələni edəcəyinə söz verib.
Nizami yurdunun təmsilçisi qış fasiləsində hələlik 2 transfer epdib.
“Turan Tovuz”dan Veysəl Rzayevlə 6 aylıq müqavilə imzalayan “sarı-göylər” həmçinin gürcüstanlı Mate Abuladzeni sıralarına qatıb.
SPORTİNFO.AZ