AZ

Amorimə görə "Roma"ya transferi baş tutmadı

style='margin-bottom:10px;'>

"Mançester Yunayted"in hücumçusu Coşua Zirkzenin İtaliyanın "Roma" klubuna keçidi baş tutmayıb.

QOL.az xəbər verir ki, "LiveResult"un məlumatına görə, klub niderlandlı hücumçunun transferini yekunlaşdırmaqdan imtina edib. 

Buna səbəb baş məşqçi Ruben Amorim ilə yolların ayrılması olub. Rəhbərlik yeni çalışdırıcı müəyyənləşənə qədər heyətdəki heç bir futbolçunu satmağı planlaşdırmır.

Roma təmsilçisinin idman direktoru Rikki Massara "DAZN" telekanalına açıqlamasında danışıqların dayandırıldığını təsdiqləyib. Klub rəsmisi "qırmızı şeytanlar"ın forvardı yaxın gələcəkdə buraxmaq niyyətində olmadığını bildirib. 

Qeyd edək ki, Zirkze son oyunlarda yüksək oyun performansı ilə diqqət çəkib. Niderlandlı futbolçu komandasının son üç matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
72
1
teleqraf.com

2Mənbələr