AZ

İki təyinat, bir istefa

Son bir həftədə Türkiyədə iki yeni təyinat və bir istefa gerşəkləşib.

"Football-plus.az" xəbər verir ki, əvvəlcə dekabrın sonlarında “Fatih Karagümrük” Aleksandar Stanoyeviç ilə anlaşdığını açıqladı. 52 yaşlı serbiyalı mütəxəssis daha öncə Türkiyədə 2023-cü ildə “Konyaspor”u çalışdırıb.

Yanvarın 2-də “Antalyaspor” sürpriz şəkildə Sami Uğurlunun baş məşqçi postuna gətirildiyini açıqladı. Halbuki bu klub uzun müddət Volkan Dəmirəllə danışıq aparırdı. Hər kəs yeni məşqçinin məhz Dəmirəl olacağını düşünürdü. Antalya klubunda hazırda transfer qadağası var. İstefa xəbəri isə srağagün “Eyüpspor”dan gəldi. İstanbul klubundan verilən rəsmi açıqlamada baş məşqçi Orhan Ak ilə yolların qarşılıqlı şəkildə ayrıldığı qeyd olundu.

“Eyüpspor” bununla da cari mövsümdə “Antalyaspor” və “Gənclərbirliyi”nin ardından iki məşqçini istefaya göndərən 3-cü superliqa klubu oldu.

Qeyd edək ki, ötən mövsüm Arda Turanın rəhbərliyi altında 6-cı yeri tutan “Eyüpspor” cari “futbol ili”nə Səcuk Şahinlə başlamışdı. 46 yaşlı Orhan Ak isə bu vəzifəyə oktyabrın 13-də gətirilmişdi. Komanda bu məşqçinin dönəmində 11 rəsmi oyundan 3 qələbə, 2 heç-heçə, 6 məğlubiyyətlə ayrılıb. İlk dövrəni 13 xalla 17-ci pillədə tamamlayan “Eyüpspor”da yeni məşqçinin adı hələ ki bəlli deyil. Ümumiyyətlə, bu komanda indi çox çətin bir dönəmdən keçir.

Oyunlara pul qoyuluşu qalmaqalında adı hallanan “Eyüpspor”un başqanı Murat Özkaya, eləcə də vitse-prezident Fatih Kulaksız hazırda həsbdədi.

Seçilən
42
1
football-plus.az

2Mənbələr