AZ

Ukrayna Xəzərdə “Lukoil”un qazma qurğularına zərbə endirib

Ukrayna ordusu Xəzər dənizində “Lukoil” şirkətinin 3 qazma qurğusuna zərbə endirib.

AzPost bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahın məlumatında deyilir.

Bundan başqa Luqansk vilayətinin Baraniçevo kəndi yaxınlığında Buk-M3 hava hücumundan müdafiə raket sistemi buraxılış qurğusu vurulub. İlkin zərbələr və partlayışlar qeydə alınıb.

Həmçinin Xerson vilayətinin işğal altında olan hissəsində, Novotroitsk yaxınlığında Rusiya Federasiyasının 49-cu Ordusunun logistika bölməsinin anbarına zərbə endirilib.

AzPost.az

Seçilən
79
1
azpost.info

2Mənbələr