“Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Kol Palmer karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
90deqiqe.Az-ın "Footballtransfers"ə istinadən məlumatına görə, "qırmızı şeytanlar" qış transfer pəncərəsində ingilis futbolçunun keçid variantını dəyərləndirir. Mümkün keçidin məbləğinin 100 milyon avrodan yuxarı olacağı bildirilir.
Mənbənin yazdığına görə, Palmerin “qırmızı şeytanlar”ın heyətinə keçidi klub tarixindəki transfer rekordunu yeniləyə bilər. Hazırda “Mançester Yunayted”in ən bahalı transferi 2016-cı ildə Pol Poqbanın “Yuventus”dan 105 milyon avroya alınmasıdır.
Kol Palmer 2023-cü ildən “Çelsi”nin formasını geyinir. Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlər üzrə 12 oyunda iştirak edib və dörd qolla yadda qalıb. Futbolçunun London klubu ilə mövcud müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, Kol Palmerin hazırkı bazar dəyəri 120 milyon avro təşkil edir.