AZ

AÇ-2008-in bürünc mükafatçısı Moskva klubu ilə anlaşdı

2008-ci il Avropa Çempionatında Rusiya millisinin üzvü kimi bürünc medal qazanan Yuri Jirkov özünə yeni iş yeri tapıb.

Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Dinamo Moskva"nın məşqçilər korpusunda yer alıb. 

Bu barədə "mavi-ağlar"ın mətbuat xidməti məlumat yayıb.

Həmçinin, "Dinamo"nun baş məşqçisi Rolan Qusevin daha iki köməkçisi müəyyənləşib. Söhbət Roman Şaronov argentinalı fiziki hazırlıq üzrə məşqçi Aqustín Quilaborddan gedir. 

Jirkovun peşəkar karyerasında ilk klub "Spartak Tambov" olub. Bundan sonra o, ÇSKA-da oynayıb və Moskva klubunun heyətində iki dəfə Rusiya çempionu, dörd dəfə kubokun və superkubokun, UEFA Kubokunun qalibi olub, O, həmçinin, "Anji", "Zenit" klublarında da oynayıb, daha üç dəfə Rusiya çempionu, bir neçə kubok qazanıb. O, futbolçu karyerasını 2023-cü ilin fevralında başa vurub.

Yuri Rusiya millisinin heyətində 2008-ci il Avropa çempionatının bürünc medalçısı olub və 2018-ci ildə dünya çempionatının 1/4 finalına yüksəlib. Ümumilikdə, müdafiəçi milli komandada 105 oyun keçirib, 2 qol vurub və 11 assist edib.

"Dinamo" hazırda Rusiya Premyer Liqasının turnir cədvəlində 10-cu yerdədir. Komandanın 21 xalı var.

Seçilən
4
1
fanat.az

2Mənbələr