Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İngiltərənin "Liverpul" klubu İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Cud Bellingemi heyətinə qatmaq istəyir.
Axar.az xəbər verir ki, "qırmızılar" 22 yaşlı futbolçunun keçidi üçün 180 milyon avro ödəməyə hazırdır.
"Kral klubu" isə ingiltərəli oyunçunu satmağı düşünmür. Baş məşqçi Xabi Alonso və prezident Florentino Peres yarımmüdafiəçini komandanın əsas üzvü kimi görürlər.
Qeyd edək ki, Bellingem cari mövsüm 22 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.