AZ

“Liverpul”un futbolçusu mövsümü vaxtından əvvəl başa vurub

“Liverpul”un sağ cinah müdafiəçisi Konor Bredli İngiltərə Premyer Liqasının son turunda “Arsenal”la keçirilən oyunda (0:0) aldığı zədə səbəbindən cari mövsümü vaxtından əvvəl başa vurub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu yaxın günlərdə cərrahi əməliyyat olunacaq. Bundan sonra onun üçün bərpa prosesi başlayacaq. Rəsmi olaraq bərpa müddəti açıqlanmasa da, yayılan məlumatlara əsasən, Bredlinin bu mövsüm komandasına kömək edə bilməyəcəyi gözlənilir.

Cari mövsümdə Konor Bredli bütün turnirlər nəzərə alınmaqla 21 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, futbolçunun “Liverpul”la mövcud müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir.

Seçilən
36
90deqiqe.az

1Mənbələr