AZ

Xaçmazda 59 yaşlı kişini qatar vurub öldürdü

Xaçmazın Qaraqurdlu kəndində bədbəxt hadisə baş verib.

Bizim.Media xəbər verir ki, sürətlə gələn yük qatarı dəmiryol xəttini keçmək istəyən 1967-ci il təvəllüdlü Tərlan Poladovu vurub.

Ağır bədən xəsarətləri alan kişi rayon xəstəxanasına çatdırılsa da həyatını itirib.

Faktı Xaçmaz xətt polis şöbəsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
79
1
bizim.media

2Mənbələr