Afrika Millətlər Kubokunun dörddəbir finalında Fil Dişi Sahili millisinə 3-2 hesabı ilə qalib gələn Misir yığmasının hücumçusu Məhəmməd Salah matçın oyunçusu seçilib.
Publika.az xəbər verir ki, Salah bu oyunda bir qol vurub. O, qarşılaşmadan sonra deyib:
“Bu uşaqlarla oynamaqdan çox xoşbəxtəm və qürur duyuram. Biz həmişə Misir azarkeşlərinə sevinc bəxş etmək istəyirik və inanırıq ki, bu münasibətlə hər matçda qalib gələ bilərik.
Çətin matç idi. Fil Dişi Sahili millisi ötən dəfə evdə oynayaraq Afrika Millətlər Kubokunu qazandı. Bu gün onlar da çempion kimi oynadılar, amma biz əlimizdən gələni etdik və irəliləməyi bacardığımız üçün şadam.