AZ

''Qalatasaray''ın Türkiyəyə gətirdiyi gənc oyunçunun klubunun bundan xəbəri yox imiş!

''Qalatasaray''ın Münhenqladbax ''Borussiya''sının yetirməsi olan Can Armando Güner ilə anlaşma əldə etdiyini, 18 yaşlı istedadlı qürbətçi futbolçunun Türkiyəyə gəldiyini xəbər vermişdik. Hər kəs bu keçidin tezliklə rəsmən açıqlanacağını gözlədiyi bir vaxtda Almaniyadan təəccüb doğuran açıqlamalar gəlib. Sən demə ''Qalatasaray'' ilə ''Borussiya'' arasında heç bir anlaşma əldə olunmayıbmış. Hətta Günerin Türkiyəyə gəlməsi Almaniyada təəccüblə qarşılanıb. Münhenqladbax klubunun idman direktoru Rouven Şröder bunları deyib: ''Can Armando Günerin İstanbula yollanması bizi təəccübləndirdi. Çünki klubumuza heç bir rəsmi təklif gəlməyib. Bizimlə əlaqəyə keçmək istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, telefon nömrəmiz və elektron ünvanımız saytımızda qeyd olunub. Can Armando Güner super istedad deyil. O sadəcə akademiyamızda olan çoxsaylı istedadlı futbolçulardan biridi''. Yerli ''Rheinische Post'' nəşri gənc futbolçunun Türkiyəyə gəlməsi barədə yeni detallar paylaşıb. Mənbənin yazdığına inansaq, Güner xəstə olduğunu bəhanə edərək bir neçə gün məşqlərə çıxa bilməyəcəyini deyib. Sonra da ''Borussiya''nın icazəsi və xəbəri olmadan Türkiyəyə gəlib! Bu durum Almaniya klubunda böyük narazılıqla qarşılanıb. İddialara görə ''Qalatasaray'' yanvarın 7-də bu futbolçunun 18 yaşı tamam olmasının ardından onu Türkiyəyə dəvət edib. İstanbul nəhəngi ''Borussiya''ya yetişdirmə məbləği kimi 200-250 min avro ödəyərək bu transferi bitirməyi planlaşdırır.

Seçilən
45
football-plus.az

1Mənbələr