İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyasına müsahibəsində ölkədəki son iğtişaşlar, iqtisadi problemlər və xarici müdaxilələrlə bağlı geniş açıqlama verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, dövlət başçısı dinc etirazlarla terror xarakterli iğtişaşlar arasında kəskin fərq qoyaraq, baş verənlərin xarici qüvvələr tərəfindən idarə olunduğunu bildirib.
Prezident bazarların bağlanmasına və sahibkarların etirazlarına toxunaraq, hökumətin bu məsələyə həssaslıqla yanaşdığını vurğulayıb:
"Bazarları bağladılar, etiraz etdilər. Mən şəxsən daxili işlər, sənaye və ticarət nazirlərinə tapşırıq verdim ki, onlarla görüşsünlər. Daha sonra bu binada həmin sahibkarlarla özüm görüşdüm, qayğılarını dinlədik, razılaşmalar əldə etdik. Hökumət iclasında da onların narahatlıqları müzakirə olundu. Biz qəti qərara gəlmişik ki, bu insanların problemlərini mümkün olan hər yolla həll edək".
Pezeşkian bildirib ki, düşmənlər mövcud iqtisadi çətinliklərdən sui-istifadə edərək ölkəni qarışdırmağa cəhd edirlər: