AZ

Xaçmazda 59 yaşlı kişini qatar vurub, xəstəxanada ölüb

Xaçmaz rayonunun Qaraqurtlu kəndi yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, Qaraqurtlu kənd sakini, 1967-ci il təvəllüdlü, Tərlan Poladov dəmir yolunu keçmək istəyərkən qatar onu vurub.

O, ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
88
10
apa.az

10Mənbələr