Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin qaynar xəttinə 15 yaşlı qız tərəfindən müraciət daxil olub”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, 2011-ci il təvəllüdlü azyaşlı qız 3 nəfər tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də açıqlama yayıb:
“Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.