AZ

Rusiya Ukraynaya qarşı ilk dəfə bu silahdan istifadə etdi

2026-cı ilin əvvəlində Rusiya Ukraynaya qarşı ilk dəfə yeni "Geran-5" zərbə pilotsuz uçuş aparatından (PUA) istifadə edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi "Telegram" kanalında məlumat yayıb.

Bildirilir ki, "Geran-5" bu seriyanın əvvəlki modifikasiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. PUA-nın uzunluğu təxminən 6 metr, qanad genişliyi isə 5,5 metrə qədərdir və o normal aerodinamik sxem üzrə hazırlanıb.

Aşkar edilmiş elementlər arasında 12 kanallı "Kometa" peyk naviqasiya sistemi, "Raspberry" mikrokompüteri bazasında treker, 3G/4G modemləri və "Telefly" reaktiv mühərriki tapılıb. Döyüş başlığının çəkisi təxminən 90 kiloqram, məhv etmə məsafəsi isə 1000 kilometrə qədərdir.

Dronun konstruksiyası və texnologiyası İranın "Karrar" PUA-sı ilə aşkar oxşarlıqlara malikdir./Oxu.az


Telegram kanalımız
Seçilən
92
yenisabah.az

1Mənbələr