AZ

Yük və minik avtomobilləri toqquşdu - xəsarət alanlar var - FOTO

Oğuz rayonunda ağır yol qəzası baş verib.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub.

Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub.

549283

Seçilən
57
4
olke.az

10Mənbələr