AZ

Pakistanda toyda dəhşətli faciə: Bəy və gəlin daxil olmaqla 8 nəfər həlak olub

BAKI, 11 yanvar. TELEQRAF

Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən toy mərasimi zamanı baş verən partlayış nəticəsində azı 8 nəfər həlak olub, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Teleqraf" "Dawn" qəzetinə istinadən xəbər verir ki, hadisə şəhərin G-7 sektorundakı fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, faciəyə səbəb qaz balonunun partlaması olub.

Dəhşətli hadisə nəticəsində həlak olanlar arasında bəy və gəlinin də olduğu bildirilir. Partlayış zamanı ciddi yanıq xəsarətləri alan yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.

Partlayışın gücü o qədər böyük olub ki, dalğa nəticəsində yaxınlıqdakı dörd binaya ciddi ziyan dəyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Seçilən
57
teleqraf.com

1Mənbələr