AZ

İranda 60 saatdan çoxdur ki, internet yoxdur

İran ərazisində artıq 60 saatdan çoxdur ki, internet bağlantısı yoxdur.

Redaktor.az xəbər verir ki, bunu "NetBlocks" beynəlxalq monitorinq xidmətinin məlumatları sübut edir.

İnternetə çıxış məhdudiyyətləri yanvarın 8-i axşam saatlarında tətbiq edilib. 9 yanvar tarixində İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi girişinə məhdudiyyət qoyulmuş internet xidmətlərinin fəaliyyətinin bərpa edilməsi istiqamətində tədbirlər gördüyünü bəyan edib.

Qeyd edək ki, 2025-ci il dekabrın 29-da Tehranda rialın məzənnəsinin kəskin düşməsi səbəbindən tacirlərin etiraz aksiyaları başlayıb. Dekabrın 30-da iğtişaşlara tələbələr də qoşulub.

Seçilən
60
2
redaktor.az

3Mənbələr