Hələ birinci dönəm prezidenlik dövründə başına yerləşdirdiyi fikirdən əl çəkənə oxşamır.
Hələ də "Qrenlandiya bizə lazımdır" deyir. Özünün açıq mövqeyi budur: "Qrenlandiyanı Rusiya və Çinə verə bilmərəm. Adanı rus və Çin gəmiləri ağzına alıb. Rus və Çin xalqlarını sevirəm. Lakin Amerika Çin və Rusiya ilə qonşu ola bilməz"…
Gəmilər barədə heç bir sübut vermir. Trampın dəstəkçiləri isə Qrenlandiya adasında kritik əhəmiyyəyli torpaq elementlərinin olduğunu deyirlər və əsasən iqtisadi-biznes maraqlarına köklənirlər.
Ekspertlər qalxan raketlərin bu adadan daha yaxşı izlənməsinin əlverişli olduğunu deyirlər.
Danimarka və Avropa dövlətləri Trampın fikrini qəti rədd edirlər - "olmaz" deyirlər...
Trampın son və qəti fikri - "Qrenlandiya bizim olmalıdır. Ya "asan", ya da "ağır" yolla"…
" Ağır yol deyəndə Tramp nəyi nəzərdə tutur? Təbii ki, adanın hərbi işğalına fokuslanıb. Avropa liderləri isə "Hərbi müdaxilə olsa, bu NATO-nun sonu olacaq" deyirlər.
Bəs nə baş verəcək? Danimarka adanı dincliklə vermək istəmir. Ada sakinləri "biz nə amerikalı, nə danimarkalı olmaq istəyirik, biz qrenlandiyalı olmaq istəyirik" deyirlər. Tramp isə əl çəkmir...
Nə baş verəcək? Ada hüquqi olaraq Danimarkaya məxsusdur. 1970-ci ildə müdafiə və təhlükəsizlik məsələləri xaricində muxtariyyət qazanıb. Həm də 1950-ci illərdən ABŞ-la imzalanmış sazişə görə adanın şimal-qərbində " Pituffik" bazasındaABŞ əsgərləri var, hazırda 100 nəfərə yaxın əsgər olsa da, ABŞ müqavilə ilə bu əsgərləri qeyri-məhdud sayda artırmaq hüququna malikdir. Gələcək proseslər məhz bu maddəyə görə müəyyənləşə bilər, yəni ABŞ adadakı əsgərlərini 1953-cü il müqaviləsinə görə qeyri-məhdud sayda artırmaq yolunu tuta bilər. Açıq hərbi müdaxilədənsə, Danimarka ilə 70 illik müqavilənin verdiyi imkana uyğun hərəkət etmək Tramp üçün nisbətən ən asan və faydalı yol olacaq. Bu yolla istədiklərini alacaq...
Adaya yerləşdiriləcək böyük sayda qoşun həm "Çin və Rusiya təhlükəsini" önləyən faktor olacaq, həm Danimarka ilə dövlətlərarası problem yaratmayacaq, həm Avropa dövlətlərinin deyəcək bir sözü qalmayacaq, həm qeyri-məhdud qoşunlar oradaikən adada istənilən iqtisadi fəaliyyətlərin çətirinə çevriləcək, həm də NATO bu hadisədən dağılmayacaq...
Aydın QULİYEV