AZ

Moskvadan britaniyalı nazirin Putinlə bağlı çıxışına REAKSİYA

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Britaniya Müdafiə naziri Con Heyli Rusiya Prezidenti Vladimir Putini “qaçırmaq”la bağlı danışaraq diqqəti özünə cəlb etmək istəyir”

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.

“Nazirin fikirləri onun zəif olduğunu göstərir, xəyal qurmağı sevir. Böyük Britaniya belə bir nazirə layiqdir. Yuxu görmək yaxşıdır, amma onun yuxuları olduqca gülünc və hətta bir qədər yumoristikdir”, – o bildirib.

Deputat vurğulayıb ki, Con Heyli sadəcə müvəqqəti bir fiqurdur:

“Bu gün biri, sabah başqası”.

Qeyd edək ki, Britaniyanın müdafiə naziri Rusiya Prezidenti Vladimir Putinin Venesuela lideri Nikolas Maduro kimi “oğurlanmasının” tərəfdarı olduğunu demişdi.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
90
1
globalinfo.az

2Mənbələr