AZ

''Kayserispor'' ''Mançester Yunayted''dən futbolçu aldı

Türkiyə çempionatında çıxış edən ''Kayserispor'' maraqlı bir transfer həyata keçirib.

"Footbakk-plus.az" xəbər verir ki, superliqa təmsilçisi ''Mançester Yunayted''in gənc üzvü Sem Mazeri heyətinə qatıb.

''Sarı-qırmızılar'' bu futbolçuya hələ ötən yay maraq göstərmişdilər. Amma mövsümün əvvəlində yetərli qədər zaman qalmadığı üçün bu keçid baş tutmamışdı. ''Yunayted'' akademiyasının yetirməsi olan Mazer U-21 komandasının üzvü idi. Əsasən sol vinger mövqeyində oynayan 21 yaşlı futbolçu manikunianların əsas komandası ilə məşqlərdə iştirak etsə də, burda debüt etmək ona qismət olmayıb. O, 2023/24-ün ikinci dövrəsini ''Roçdeyl''də, ötən mövsümün ikinci dövrəsini ''Tranmere''də icarə əsasında keçirib. Peşəkar futbolda oyun təcrübəsi yalnız bundan ibarətdi.

Mazer bu mövsüm ''Yunayted''in U-21 komandasında 4 oyuna çıxaraq aktivinə iki məhsuldar ötürmə yazıb. Bu keçidin maddi detalları barədə məlumat verilmir. Çünki klub hələ rəsmi olaraq transferi açıqlamayıb. Baxmayaraq ki, Mazer artıq ''Kayserispor''da məşqlərə başlayıb. ''Yunayted'' müqaviləyə onu gələcəkdə daha ucuz qiymətə geri qaytara bilməklə bağlı maddə saldırıb.

Kayseri klubu ingiltərəli futbolçudan başqa ''Qaziantep''dən Semih Gülər və ''Hatayspor''dan Görkəm Sağlamı da transfer edib.

Seçilən
158
1
football-plus.az

2Mənbələr