AZ

Millimizin üzvü "Alkmaar"la oyunda nə etdi?

Niderlanda Erediviziyasının 18-ci turunun oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Volendam” da növbəti matçına çıxıb.

Sözügedən komanda 18-ci tur çərçivəsində səfərdə “Alkmaar”la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə bitib. Matçdakı yeganə qol Kökçü meydanda olmayanda vurulub. Millimizin üzvü 68-ci dəqiqədə meydana daxil olsa da, komandasının xal qazanmasına yardım edə bilməyib.

Hazırda “Volendam” 14 xalla turnir cədvəlində 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Seçilən
10
1
fanat.az

2Mənbələr