AZ

Flik final "El-Klassiko"su haqda

style='margin-bottom:10px;'>

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya Superkubokunun finalında "Real"lə qarşıdakı oyun barədə danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis deyib:

"Bu, "El Klasiko"dur və mən "Atletik"lə matçda göstərdyimiz oyunu görmək istəyirəm. Bizim bir komanda kimi oynamalıyıq. Futbolçularımın meydanda əllərindən gələni etmələrini istəyirəm. Mənim üçün ən vacib şey budur.

Final finaldır. "Real"la oyunlar isə tamamilə fərqlidir. Futbolçularıma güvənirəm. Qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq.

"Real" fantastik komandadır, ən yaxşılarından biridir. Onların dünya səviyyəli, ən yüksək keyfiyyətli oyunçuları var. Amma mən komandama diqqət yetirirəm, çünki bu kuboku qazanmaq istəyirik".

Seçilən
24
1
teleqraf.com

2Mənbələr