İtaliyalı hücumçu Mario Balotelli karyerasını Yaxın Şərqdə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı informasiyanı tanınmış insayder Canluka Di Martsio yayıb.
Mənbənin məlumatına görə, təcrübəli hücumçu Dubayın "Əl-İttifaq" klubuna keçməyə razılıq verib.
35 yaşlı futbolçu 2025-ci ilin iyulundan - "Cenoa"dan ayrıldıqdan sonra komandasızdır. Balotelli BƏƏ təmsilçisi ilə iki il yarımlıq müddətə müqaviləni razılaşdırıb. Keçidin yanvarın 12-də rəsmən elan olunacağı bildirilir.
Qalmaqallı hücumçu keçən mövsüm nadir hallarda meydana çıxıb. O, İtaliya klubunun heyətində cəmi 6 oyunda iştirak edib, ümumilikdə 56 dəqiqə oynayıb, qol vura bilməyib və iki sarı vərəqə almaqla yadda qalıb.