AZ

Rusiya Ukraynada ilk dəfə yeni "Geran-5" dronunu tətbiq edib

Rusiya Silahlı Qüvvələri 2026-cı ilin əvvəlində Ukraynaya qarşı müharibədə ilk dəfə olaraq yeni "Geran-5" zərbə pilotsuz uçuş aparatından (PUA) istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Kəşfiyyat məlumatlarına əsasən, yeni aparatın uzunluğu təxminən 6 metr, qanad açılımı isə 5,5 metr təşkil edir. "Geran" seriyasının əvvəlki modifikasiyalarından fərqli olaraq, bu dron "uçan qanad" yox, ənənəvi (normal) aerodinamik sxem əsasında hazırlanıb. Bununla belə, əsas qovşaqların əksəriyyəti seriyanın digər nümunələri ilə unifikasiya edilib.

Bildirilir ki, PUA-nın təchizatına 12 kanallı "Kometa" peyk naviqasiya sistemi, "Raspberry" mikrokompüteri əsasında treker və 3G/4G modemləri daxildir. Aparat "Geran-3" modelində istifadə olunan mühərrikin analoqu olan, lakin daha böyük dartı qüvvəsinə malik "Telefly" reaktiv mühərriki ilə təchiz edilib.

Dronun döyüş başlığının kütləsi təxminən 90 kq, uçuş məsafəsi isə 1000 km ətrafında qiymətləndirilir.

Hərbi ekspertlər "Geran"ların bu son modifikasiyalarının artıq Odessa vilayətinə endirilən zərbələrdə tətbiq edildiyini qeydə alıblar.

Seçilən
79
teleqraf.com

1Mənbələr