Suriya Demokratik Qüvvələri (SDQ) Hələb şəhərindən tamamilə çıxarılaraq avtobuslarla ölkənin şimal-şərq bölgələrinə təxliyə edilib.
Publika.az xəbər verir ki, bu barədə Hələb qubernatoru bəyanat yayıb.
Qubernatorun sözlərinə görə, bununla da Suriya hökuməti, sabiq prezident Bəşər Əsədin hakimiyyətinin süqutundan sonra ilk dəfə olaraq Hələbə tam nəzarəti bərpa edib.
Buna baxmayaraq, bölgədə gərginlik və zorakılıq riski hələ də qalmaqdadır. Son silahlı qarşıdurmaların əsas səbəbi SDQ qüvvələrinin dövlət institutlarına inteqrasiya edilməsi prosesinin uğursuzluğa düçar olmasıdır.