Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Norveç Nobel İnstitutu Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonun mükafatını ABŞ Prezidenti Donald Trampa verə biləcəyi ilə bağlı açıqlamalarından sonra bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Nobel Sülh Mükafatı başqasına verilə, paylaşıla və ya laureatın əlindən alına bilməz.
“Cebheinfo.az” xəbər verir ki, institut açıqlamasında Nobel Fondunun apellyasiyaya icazə verməyən nizamnaməsinə istinad edərək Nobel Mükafatının verilməsi qərarının qəti və geridönməz olduğu bildirilib.
Təşkilat, həmçinin qeyd edib ki, mükafatlandırma komitələri mükafatları aldıqdan sonra laureatların hərəkətləri və ya sözləri barədə şərh vermir:
"Nobel Mükafatı elan edildikdən sonra ləğv edilə, paylaşıla və ya başqalarına ötürülə bilməz. Qərar qətidir və bütün dövrlər üçün qüvvədə qalır."
Maçado “Fox News”-a bildirib ki, mükafatın Trampa təqdim edilməsi ötən həftə ABŞ tərəfindən əsir götürülmüş ölkə Prezidenti Nikolas Maduronun devrilməsi üçün Venesuela xalqının minnətdarlıq aktı olacaq.
Uzun müddətdir ki, mükafatı almaqda maraqlı olduğunu bildirən və bəzən bunu diplomatik nailiyyətlərlə əlaqələndirən Tramp gələn həftə Vaşinqtonda planlaşdırılan görüşlə bağlı danışıb:
“Əgər bu görüşdə Maçado mükafatı mənə təklif etsə, mükafatı qəbul etməkdən şərəf duyaram”.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.